Glodemia Study Fairs 4 oktyabr 2026-cı ildə Bakıda keçiriləcək | Glodemia
Loading...

Glodemia Study Fairs 4 oktyabr 2026-cı ildə Bakıda keçiriləcək

Tədbirlər

Glodemia Study Fairs 4 oktyabr 2026-cı ildə Bakıda keçiriləcək

2 weeks ago

Glodemia Study Fairs beynəlxalq təhsil sərgisi bu il 4 oktyabr 2026-cı il tarixində Bakıda, Hilton Hotel-də keçiriləcək. Sərgi xaricdə təhsil almaq istəyən şagirdlər, tələbələr və valideynlər üçün nəzərdə tutulub.

Tədbir çərçivəsində Böyük Britaniya, Almaniya, İtaliya, Niderland, Polşa, Çexiya və digər ölkələrin universitet nümayəndələri ilə birbaşa görüşmək mümkün olacaq. İştirakçılar qəbul şərtləri, tələb olunan dil balları və proqramların strukturu barədə ilk əldən məlumat ala biləcəklər.

Sərginin ən çox maraq doğuran hissələrindən biri təqaüd imkanlarıdır. Bir sıra universitetlər qismən və tam təqaüd proqramları, eləcə də təhsil haqqı endirimləri barədə təqdimatlar edəcək.

Bundan əlavə, Glodemia məsləhətçiləri gün ərzində pulsuz konsultasiya verəcək. Akademik profilinizə uyğun ölkə və proqram seçimi, motivasiya məktubunun hazırlanması və tələbə vizası prosesi üzrə suallarınızı cavablandıracağıq.

İştirak tamamilə pulsuzdur, lakin yerlərin sayı məhduddur. Qeydiyyatdan keçmək üçün sərgi səhifəsindəki formanı doldurmağınız kifayətdir. Qeydiyyat tamamlandıqdan sonra sizə giriş üçün fərdi bilet kodu təqdim olunacaq.

Xəbərlər

Yeniliklər və elanlar

Glodemia Academy-nin son yenilikləri və təhsil sahəsindəki vacib elanlarla tanış olun. Tədris proqramlarımız, tədbirlərimiz və tələbələr üçün yeni imkanlar haqqında məlumat alın.

WhatsApp
Kömək lazımdı?